TƏHSİL

Bu universittein yeni korpuslarını yaxın vaxtlarda istifadəyə verəcək
11 İYUL
499

Bu universittein yeni korpuslarını yaxın vaxtlarda istifadəyə verəcək

2019-07-11 16:52:00

Bu il Bakı Avrasiya Universiteti iki yeni korpusunun tikintisini başa vurub.

Bu barədə  açıqlama verən universitetin mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli bildirib ki, sözügedən korpusun biri yataqxana üçün nəzərdə tutulub.

“Bildiyiniz kimi, Bakı Avrasiya Universiteti hər il tələbələrin rahat və maneəsiz təhsil alma imkanlarını artırır. Bu səbəbdən də yeni tikilmiş korpuslarda tələbələr üçün yeniliklər olacaq .Burada yeni mərkəzlər fəaliyyət göstərəcək.Tam əminliklə deyə bilərik ki, universitet öz inkişaf dinamikasında birincilər sırasında olmağa israrlıdır. Bundan əvvəl universitetdə 31 yerlik qızlar üçün nəzərdə tutulmuş yataqxana yenidən təmir olunaraq istifadəyə veriləcək. O cümlədən yeni tikilmiş tələbə yataqxanası da yaxın vaxtlarda tam təmirli tələbələrin ixtiyarına veriləcək. Yer sayları baxımından tələbələr korluq çəkməyəcək”.

Daha sonra mətbuat katibi bu il ilk dəfə Bakı Avrasiya Kollecinin də müxtəlif ixtisaslar üzrə qəbul aparacağı haqqında da məlumat verib. O, qeyd edib ki, bu il Bakı Avrasiya Universitetinin eyniadlı kollecinə ilk dəfə olaraq 5 ixtisas üzrə tələbə qəbulu aparılacaq. Plan yerimiz isə 335 nəfərdir. Mətbuat katibi kollecin binasınında 2019-2020- ci tədris ilinə tam hazır olduğunu bildirib.

Ş.Avılbəyli universitetin əyani və qiyabi təhsil sistemi üzrə qəbul aparılacaq ixtisasların illik təhsil haqları barədə də danışıb: “Universitet bu ildə təhsilalanların rifafını nəzərə alaraq əyani tələbələr üçün 1600-1700 manat, qiyabi tələbələr üçün 1300 manat təşkil edəcəyini,eyni zamanda abituriyentlər tələbə adını qazandıqdan sonra universitedə bir çox təhsil güzəştlərindən də yararlanacaqlar. Güzəştlərə əla oxuyan tələbələrin təhsil xərclərindən azad olunması, xarici ölkələrdə təhsil almaq şansı və məzunların işlə təminatı daxildir”.

Ş.Avılbəyli bildirib ki, BAAU-nun ötənilki qəbul planı tam dolduğundan builki plan yerləri artırılıb. Ötən il 16 ixtisas üzrə qəbul aparılmışdısa, bu il 20 ixtisas üzrə 995 abituriyent qəbul ediləcək ki,bura rus bölməsi də aiddir.Universitet bu il bəzi ixtisaslarda III qrup üzrə tərcümə(ingili dili), II qrup üzrə regionşünaslıq (ABŞ və Kanada),marketiq və biznesin idarə edilməsi ixtisasları üzrə rus

bölməsi üzrə tələbə qəbulu edəcək. Eyni zamanda, 8 ixtisas üzrə universitet qiyabi tələbə qəbul etmək imkanı qazanıb.

Mətbuat katibi eyni zamanda bu il əlavə olaraq verilən yeni ixtisaslara da münasibət bildirib.O qeyd edib ki.universitetin maddi-texniki təminatı yeni ixtisaslar üzrə mütəxəssis yetişdirmək imkanı verdiyindən bu il maliyyə,mühasibat uçotu və auidit, turizm və otelçilik və sosial iş ixtisasları üzrə də qəbul aparılacaq.

 




© Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır