TƏHSİL

Peşə Təhsil Mərkəzinə qəbul üçün 400 plan yeri ayrılıb – YENİLİK
09 İYUL
130

Peşə Təhsil Mərkəzinə qəbul üçün 400 plan yeri ayrılıb – YENİLİK

2019-07-09 17:29:00

Cari tədris ilində Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə 400 nəfərin qəbulu nəzərdə tutulub.

Fins.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Rəşad Xanlarov məlumat verib.

Bildirilib ki, onlardan 240 tələbə dövlət hesabına, 160- isə ödənişli əsaslarla təhsil alacaqlar.

Məlumata əsasən, Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzində 8 ixtisas üzrə tədris aparılacaq. Həmin peşələrə “Torna və frezer dəzgahların operatoru”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Veb dizayner və proqram təminatçısı” və “Avtomatika üzrə usta” peşələri daxildir.

Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi yeni tədris ilindən fəaliyyətə başlayacaq. Artıq mərkəzdə son tamamlanma işləri həyata keçirilir.

Yeni Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Bu təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesində istifadə ediləcək kurikulumlar koreyalı ekspertlər, həmçinin, özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271