TƏHSİL

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat bu gün başa çatır
03 İYUL
101

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat bu gün başa çatır

2019-07-03 11:13:00

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib.

Mərkəzdən " bildirilib ki, 60, 61, 62 və 14-cü komissiyalar üzrə qeydiyyat iyunun 28-də bitdiyinə görə hazırda abituriyentlər yalnız qeyd olunan dörd komissiya üzrə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilirlər.

Ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin digər komissiyaları üzrə qeydiyyat günün sonunadək davam edəcək. 

Qeydiyyat başa çatdıqdan sonra abituriyentlər iyulun 6-da günün ikinci yarısından etibarən “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni komissiyalar üzrə qeydiyyatdan keçdikləri səhifəyə daxil olaraq çap edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271