TƏHSİL

Bakıda universitetdə yanğın olub
03 İYUL
107

Bakıda universitetdə yanğın olub

2019-07-03 11:10:00

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.

Fins.az xəbər verir ki, yanğın səhər saatlarında ali məktəbin əsas tədris binasındakı tədris mərkəzi otağında baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının qarşısı alınıb. Xəsarət alan olmayıb. 

Yanğın nəticəsində tədris mərkəzindəki bir neçə avadanlığa zərər dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027