TƏHSİL

Burada havanın isti keçməsinə görə imtahanlar təxirə salınıb
25 İYUN
240

Burada havanın isti keçməsinə görə imtahanlar təxirə salınıb

2019-06-25 16:17:00

Fransanın Xalq Təhsili Nazirliyi ölkə ərazisinin böyük hissəsində müşahidə olunan yüksək temperatur səbəbi ilə məktəblərdə imtahanların təxirə salınmasına dair qərar qəbul edib.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə qurum başçısı Jan-Mişel Blanker məlumat verib.

Onun sözlərinə görə, baş nazir və səhiyyə naziri ilə görüşdükdən sonra kollec diplomu üçün yazılı imtahanların təxirə salınması məsləhət bilinib. Öncədən iyunun 27-28-nə təyin olunan imtahanlar indi iyulun 1-2-də keçiriləcək. Eyni zamanda, şəraitdən asılı olaraq iyul ayında imtahana gələ bilməyənlər bunu sentyabr ayının ortalarında gələcəklər.

Nazir əlavə edib ki, imtahanların təxirə salınması yalnız Fransanın qitədəki ərazisinə şamil ediləcək.

Qeyd edək ki, Fransanın Meteorologiya Xidməti əsasən ölkənin mərkəzi və şərq bölgələrindəki, ümumilikdə isə 53 departamentində havanın çox isti keçməsi ilə əlaqədar ölkədə hava təhlükəsizliyi səviyyəsini "narıncı" (sonuncudan əvvəlki səviyyə - red.) kimi dəyərləndirib. Meteorologiya Xidmətinin məlumatına görə, bu gün Fransanın əksər hissələrində tempratur müsbət 35-39 dərəcə olacaq, iyunun 26-28-də isə temperatur müsbət 38-41 dərəcə təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır