TƏHSİL

Bu tədris ilində 164 məktəbdə 360 təmayül sinfi təşkil olunub
12 İYUN
79

Bu tədris ilində 164 məktəbdə 360 təmayül sinfi təşkil olunub

2019-06-12 18:34:00

2018-2019-cu tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Fins.az-a verilən məlumata görə, İdarənin tabeliyindəki 164 məktəbdə 360 təmayül sinfi təşkil olunub.

Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq təsdiq edilib.

Bundan başqa, Bakı şəhəri üzrə 4 ümumtəhsil müəssisəsində 52 şagird inklüziv təhsilə cəlb edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263