TƏHSİL

Bakıda 13 məktəb əsaslı təmir olunub, 6 yeni məktəb binası inşa edilib
12 İYUN
176

Bakıda 13 məktəb əsaslı təmir olunub, 6 yeni məktəb binası inşa edilib

2019-06-12 18:01:00

2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Mövcud olan 4 məktəbin binası yenilənib və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb.

Eləcə də 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.

2 məktəbdə əsaslı təmir işləri davam etdirilir. 3 məktəb üçün köhnə korpusların sökülərək yeni bina və korpusların tikintisinə başlanılıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır