TƏHSİL

Azərbaycanda məktəblərin 30 faizi dərsləri iki və ya üç növbədə keçir
12 İYUN
87

Azərbaycanda məktəblərin 30 faizi dərsləri iki və ya üç növbədə keçir

2019-06-12 13:44:00

Azərbaycanda ümumtəhsil müəssisələrinin (sağlamlıq imkanları mәhdud uşaqlar üçün xüsusi mәktәblәr, internat mәktәblәri vә siniflәr istisna olmaqla) 69,2 faizi dərslərini bir, 30,8 faizi isə iki və ya üç növbədə keçir.

Fins.az-ın məlumatına görə, 2018-2019-cu tədris ilində ölkədə 4 394 ümumtəhsil müəssisəsi olub ki, onun 3 039-u bir, 1 355-i iki və ya üç növbədə tədris prosesini həyata keçirib.

Ümumilikdə məktəblərdəki şagirdlərin sayı 1 milyon 543,1 min nəfər olub. Onların 84,7 faizi, başqa sözlə 1 miyon 307,3 min nəfəri 1-ci növbə üzrə, 15,3 faizi, yəni 235,8 min nəfəri iki və üçüncü növbə üzrə təhsil alır.

2017-2018-ci tədris ilinə nisbətən 2018-2019-cu tədris ilində birinci növbədə dərs keçirilən məktəblərin sayı azalıb, ikinci və ya üçüncü növbədə dərs keçirilən məktəblərin sayı çoxalıb.

2017-2018-ci tədris ilində 3 144 məktəb dərslərini birinci növbədə, 1 250 məktəb ikinci və ya üçüncü növbədə keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.93
  • ₽ RUB
    0.0269