TƏHSİL

Liseylərin V və VII siniflərinə qəbul başlayır
07 İYUN
145

Liseylərin V və VII siniflərinə qəbul başlayır

2019-06-07 14:44:00

İyunun 10-dan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərə V sinfə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlayır.

BŞTİ-dən Fins.az-a verilən xəbərə görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə V sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Elektron sənəd qəbulu müvafiq Təlimata uyğun aparılacaq və iyunun 19-da başa çatacaq.

Liseylərin V sinfinə cari tədris ilində ümumi təhsil məktəblərinin IV sinfini əla və yaxşı qiymətlərlə bitirən, xüsusi istedadı ilə fərqlənən şagirdlər qəbul edilir. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri 258 nömrəli tam orta məktəbdə təşkil ediləcək Alternativ Qeydiyyat Mərkəzinə müraciət edə bilərlər.

BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII sinfinə (20, 62, 70, 72, 83, 166, 213, 220, 246, 252, 261, 264, 267, 275, 299, 49, MLK, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey, 291 nömrəli Ekologiya Liseyi, Texniki-Humanitar Lisey, 16 nömrəli Texniki-Humanitar Lisey, 287 nömrəli “Zəkalar” Liseyi) sənəd qəbulu isə iyunun 10-dan etibarən müvafiq məktəb-lisey və liseylərdə aparılacaq. Qeydiyyat üçün valideynlər birbaşa övladlarının təhsil almaq istədiyi müəssisəyə müraciət edə bilərlər. BŞTİ-nin tabeliyindəki məktəb-lisey və liseyin VII sinfinə sənəd qəbulu da iyunun 19-da başa çatacaq.

Liseylərə və məktəb-liseylərə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. V siniflər üçün müsabiqənin iyunun 22-də, VII siniflər üçün müsabiqənin isə iyunun 23-də təşkil edilməsi nəzərdə tutulub. Müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272