TƏHSİL

Magistraturaya qəbul planında ödənişli yerlərin sayı azaldılıb
04 İYUN
113

Magistraturaya qəbul planında ödənişli yerlərin sayı azaldılıb

2019-06-04 10:44:00

2019-2020-ci il üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında dövlət sifarişli yerlərin sayı artırılıb.

Bunu  Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə tələbə qəbulu planı ötən ilə nisbətən təxminən eyni səviyyədə qalsa da, dövlət sifarişi ilə qəbul planı artırılıb. Bu il dövlət sifarişli plan yerlərinin sayı ötən illə müqayisədə 24,5% artaraq 3197 nəfər təşkil edib.

Y.Piriyev əlavə edib ki, magistraturaya tələbə qəbulu planında plan yerlərinin 88.4%-i dövlət, 11.6%-i isə qeyri-dövlət ali təhsil müəssisələri üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272