TƏHSİL

DİM-in rəhbər şəxsləri rayonlarda vətəndaşları qəbul edəcək
13 MAY
58

DİM-in rəhbər şəxsləri rayonlarda vətəndaşları qəbul edəcək

2019-05-13 09:51:00

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Lənkəran, sədr müavini Namiq Babayev isə Masallı  rayonunda vətəndaşları qəbul edəcək.

Lənkəran rayonunda keçiriləcək qəbulda Lənkəran, Astara və  Lerik rayonlarının,   Masallı rayonunda keçiriləcək qəbulda isə Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarının sakinləri iştirak edə bilərlər.

Hər iki qəbul 20 may 2019-cu il tarixində  saat 12.00-da müvafiq olaraq Lənkəran və Masallı şəhərlərində yerləşən H.Əliyev Mərkəzlərində keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri  (http://eservices.dim.gov.az/sedrinqebulu/ ) və ya  DİM-in Lənkəran Regional Bölməsinə  (Ünvan: Lənkəran şəhəri, H.Aslanov xiyabanı, 52 ) müraciət etmələri xahiş olunur. (əlaqə tel: +994 2525 52482).

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9005
  • ₽ RUB
    0.0263