TƏHSİL

Ədliyyə orqanlarında işləmək istəyənlərin test imtahanının cavabları sabah açıqlanacaq
11 MAY
145

Ədliyyə orqanlarında işləmək istəyənlərin test imtahanının cavabları sabah açıqlanacaq

2019-05-11 20:14:00

Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən Fins.az-a verilən məlumata görə, imtahan saat 11.00-da başlayıb və 3 saat davam edib.

İmtahanda nаmizədlərə 100 suаldаn ibаrət kitаbçа təqdim оlunub. 80 suаl namizədin qanunvericilik sahəsi üzrə, 20 suаl isə məntiqi nəticə çıxarma qabiliyyətini yoxlamaq üçündür.

Namizədlərin normal şəraitdə imtahan vermələri üçün bütün zəruri tədbirlər görülüb və imtahan təlimatda nəzərdə tutulmuş qaydada keçirilib.

İmtahanın nəticələri I və IV ixtisas qrupları üzrə mayın 12-də keçiriləcək qəbul imtahanı ilə əlaqədar yaradılmış qapalı iş rejiminə görə sabah saat 15.00-dan sonra elan olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264