TƏHSİL

12 mayda keçiriləcək qəbul imtahanında xüsusi texnikadan istifadə olunacaq – SƏBƏB
10 MAY
260

12 mayda keçiriləcək qəbul imtahanında xüsusi texnikadan istifadə olunacaq – SƏBƏB

2019-05-10 11:25:00

Mayın 12-də keçiriləcək qəbul imtahanlarında (I və IV qruplar) namizədlərin şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. 

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Texnologiya bəzi imtahan binalarında quraşdırılacaq.

Xatırladaq ki, 2019-cu ildə keçirilən sınaq imtahanında da bu texnologiyadan istifadə olunub və 4 nəfərin başqasının yerinə imtahana daxil olmasının qarşısı alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır