TƏHSİL

Sabah TOEFL IBT imtahanı keçiriləcək
10 MAY
375

Sabah TOEFL IBT imtahanı keçiriləcək

2019-05-10 19:08:00

Dövlət İmtahan Mərkəzində (DİM) mayın 11-də TOEFL IBT imtahanı keçiriləcək.

DİM-də verilən məlumata görə, TOEFL IBT imtahanı 2019-cu il mayın 11-də Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

İmtahan saat 09.30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər saat 08.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027