TƏHSİL

BŞTİ-də görüş keçirilib
19 APREL
278

BŞTİ-də görüş keçirilib

2019-04-19 17:18:00

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Moskva Şəhər Elm və Təhsil Departamentinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdir müavinləri Nərgiz Səfərova, İlhamə Abdullayeva, Moskva Şəhər Elm və Təhsil Departamentinin müdir müavini Alena Şaxova, Moskva Şəhər Elm və Təhsil Departamentinin Texnoloji Modernləşmə Mərkəzinin direktor müavini Aleksandr Dabryakov, Moskva Şəhər Elm və Təhsil Departamentinin İnfrastrukturun İnkişafı İdarəsinin müdiri Anna Fokina, Moskva Şəhər Elm və Təhsil Departamentinin Təhsilin Keyfiyyəti Mərkəzinin Beynəlxalq Münasibətlərin İnkişafı şöbəsinin müdiri Nikita Akimov, BŞTİ-nin sektor müdirləri və məktəb direktorları iştirak ediblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavinləri qonaqları salamlayıb, təhsil sahəsində aparılan islahatlardan danışıblar. Görüşün keçirilməsində əsas məqsədin Moskva şəhəri ilə təhsil sahəsində əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsil müəssisələri arasında münasibətləri daha da inkişaf etdirməkdən ibarət olduğunu bildiriblər. İkitərəfli əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafına dair görüşlərin təşkilinin əhəmiyyətindən bəhs edilib, təhsilin inkişafı üçün təcrübə mübadiləsinin vacib olduğu vurğulanıb.

BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirən qonaqlar ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində inkişafı üçün geniş imkanlar olduğunu qeyd ediblər.Qonaqlar həmçinin ümumi təhsil müəssisələrinə səfər etmək üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Görüş zamanı iki ölkənin təhsil müəssisələri arasındakı əməkdaşlığın indiki vəziyyəti və onun genişləndirilməsi üçün mövcud potensial müzakirə edilib, ümumi təhsil sahəsindəki təcrübə mübadiləsi barədə səmərəli fikir mübadiləsi aparılıb. 

Tədbirdə BŞTİ-nin və Moskva Şəhər Elm və Təhsil Departamentinin  fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

Görüşdən sonra Rusiyalı qonaqlar 160 nömrəli Klassik Gimnaziyada olub. Məktəblə tanışlıqdan sonra qonaqlara gimnaziyanın fəaliyyəti və əldə olunmuş uğurlar haqqında geniş məlumat verilib.

Sonda şagirdlərin iştirakı ilə ədəbi-bədii proqram təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.897
  • ₽ RUB
    0.0264