TƏHSİL

6 yaşa çatmayanlar I sinfə qəbul olunacaqlar
17 APREL
189

6 yaşa çatmayanlar I sinfə qəbul olunacaqlar

2019-04-17 15:51:00

Elektron sistem vasitəsiləI sinfə qəbul davam edir. Sistem istifadəçilərin işini xeyli asanlaşdırsaq da, valideynlərdəki suallar bitmək bilmir.

Fins.az AzEdu.az-a istinadən I sinfə qəbulla bağlı ən  çox verilən sualları cavablamaqda davam edir.

Bir qrup valideynləri maraqlandıran əsas məsələ övladlarının yaşlarının  məktəbə çatıb-çatmaması ilə bağlıdır.

Sual:

-Övladımın 6 yaşı dekabrın 6-da tamam olacaq. O, bu il I sinfə qəbul edilə bilər? 6 yaşı tamam olmadığına görə məktəbə xüsusi müraciət etməliyəm?

Cavab:

-Əvvəlki illərdə məktəbə yalnız sentyabrın 15-ə qədərki tarixdə doğulanlar məktəbə qəbul olunurdular. Sentyabrın 15-dən dekabrın 31-dək olan aralıqda anadan olanlar isə xüsusi müsahibədən keçməli idilər.

Bu il isə6 yaşı təqvim ili ərzində, yəni, dekabrın 31-ə qədər tamam olan bütün uşaqlar məktəbə qəbul ediləcəklər. Onlar elektron qeydiyyatdan keçərək istədikləri məktəbə sorğu yerləşdirə bilərlər.

Amma belə uşaqların məktəbə xüsusi müraciət etmələrinə ehtiyac yoxdur. Onlar da digərləri kimi elektron sistemin üstünlüklərindən faydalana bilərlər. Onsuz da elektron sistem vasitəsilə aparılan qəbul prosesinə məktəb heç bir müdaxilə edə bilmir. Hətta direktorlar belə bu işdən kənarda olduqlarından məktəblərdəki boş yerlərdən xəbərsizdirlər.

Valideyn yalnız hər hansı sualı yarandığı təqdirdə uyğun məktəblərdə yaradılan alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027