TƏHSİL

Ali məktəblərə ərizə qəbulu başa çatıb
16 APREL
80

Ali məktəblərə ərizə qəbulu başa çatıb

2019-04-16 12:41:00

Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

Bu barədə Fins.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, ərizə qəbulu martın 15-də başlamışdı və aprelin 15-i gecə saat 23.59-dək davam etməsi nəzərdə tutulmuşdu. Sonradan DİM sənəd qəbulunun vaxtını aprelin 16-sı saat 12:00-dək artırıb.

Ərizələrin qəbulu internet vasitəsilə aparılıb. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266