TƏHSİL

Bağçalarda uşaqlara maliyyə dərsləri keçiriləcək
12 APREL
279

Bağçalarda uşaqlara maliyyə dərsləri keçiriləcək

2019-04-12 15:26:00

Rusiya Təhsil Nazirliyi Mərkəzi Bankla birgə ölkənin uşaq  bağçalarında azyaşlılara maliyyə savadlılığının tədris olunması barədə layihə hazırlayıb.

Fins.az-ın məlumatına görə, layihə ilə bağlı tövsiyələr Rusiyanın bütün regionlarına göndərilib.

Qeyd olunur ki, bu dərslər 5-7 yaşlı uşaqlar üçün nəzərdə tutulacaq.

Dərslərin səhnəciklər, nağıllar, tematik oyunlar şəklində keçirilməsi planlaşdırılır. Bu cür dərslərin uşaqlarda məsuliyyət, özünəinam kimi hisslərin artmasına səbəb olacağı deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264