TƏHSİL

Məktəblilərarası IV Məntiq Olimpiadası keçiriləcək
12 APREL
92

Məktəblilərarası IV Məntiq Olimpiadası keçiriləcək

2019-04-12 09:54:00

Paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası keçiriləcək.

Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçiriləcək olimpiadada ümumi təhsil məktəblərinin V-VI sinif şagirdləri iştirak edə bilərlər.

Olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulur.

İki mərhələdən ibarət olan olimpiadanın ilk mərhələsi apreldə ümumi təhsil müəssisələri tərəfindən keçiriləcək. İmtahan bütün məktəblərdə 10:00-da başlayıb 11:30-da bitəcək.

Olimpiadanın final mərhələsi mayda təşkil olunacaq. Bu mərhələdə ilk turu uğurla keçən şagirdlər iştirak edəcək. İlk turda olduğu kimi, final mərhələsində də 25 test sualının cavablandırılması üçün şagirdlərə 1 saat yarım vaxt (90 dəq) ayrılacaqdır.

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266