TƏHSİL

Dövlət qulluğuna qəbul üzrə sınaq imtahanı keçiriləcək
05 APREL
131

Dövlət qulluğuna qəbul üzrə sınaq imtahanı keçiriləcək

2019-04-05 16:03:00

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə elektron sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə aprelin 10-da saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər.

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat aprelin 10-u saat 9:00-da başa çatacaq.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 36 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266