TƏHSİL

Müəllim olmaq istəyənlərin nəzərinə! - Ödənişsiz TƏLİMLƏR
03 APREL
111

Müəllim olmaq istəyənlərin nəzərinə! - Ödənişsiz TƏLİMLƏR

2019-04-03 11:34:00

Təlimçi-ekspert Günel  Əliyeva bu il rayonlarda “Mən bir müəlliməm” adlı ödənişsiz təlimlər keçirəcək.

Fins.az xəbər verir ki, "Mən bir müəlliməm" layihəsi 14 aprel Bakı şəhərində "Secret Business Academy" də keçiriləcək. Şirvan şəhərində isə  aprelin 20-i saat 14:00-da 18 nömrəli tam orta məktəbdə baş tutacaq.

Layihənin Bakı şəhəri üzrə koordinatoru Fərid Bayramov, təmsilçisi "İdrak" liseyinin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Aysel Mirzəyevadır. Şirvan şəhəri üzrə isə  əlaqələndirici- koordinatoru  Nazim İmanov, təmsilçisi isə Nərmin Əlizadədir.

"Mən bir müəlliməm"   layihəsi çərçivəsində hər şəhər, rayon üzrə 2 saat təlim baş tutacaq.

Qeyd edək ki, təlimdə iştirak etmək ödənişsizdir. Qeydiyyat üçün əlaqə nömrələri isə aşağıda göstərilib:

0504731299;

Şirvan şəhəri üzrə: 055 281 40 44,  215 81 82;

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266