TƏHSİL

Bu universitetin tələbələrinə müjdə - 2 ayın təqaüdü birdən köçürüldü
03 APREL
150

Bu universitetin tələbələrinə müjdə - 2 ayın təqaüdü birdən köçürüldü

2019-04-03 10:57:00

UNEC-də tələbələrə təqaüdlər 2 ay gecikdirilib.

Bu barədə sosial şəbəkələrdə müxtəlif məlumatlar əks olunub.

Mövzuyla bağlı UNEC-in İctimaiyyətlə  Əlaqələr  şöbəsindən  verilən məlumata görə, tələbələrin 2 aylıq təqaüdləri dünən hesablarına köçürülüb.

Məlumatda qeyd olunur ki, təqaüdlərin verilməsini Təhsil Nazirliyi həyata keçirdiyindən, gecikmə halları baş verəndə universitet məsələyə müdaxilə edə bilmir.

Qeyd edək ki, təqaüdlərin gecikdirilməsi Bakı Dövlət Universitetində də müşahidə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266