TƏHSİL

I sinifdən digər dillərdə oxumaq istəyənlərin müsahibə narahatlığı: Hansı suallar veriləcək?
18 MART
208

I sinifdən digər dillərdə oxumaq istəyənlərin müsahibə narahatlığı: Hansı suallar veriləcək?

2019-03-18 16:04:00

I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi valideynlərdə müxtəlif sualların yaranmasına səbəb olub. Onlardakı əsas nigaranlığın səbəbi isə digər dillərdə təhsil almaq istəyənlər üçün təşkil edilən müsahibə mərhələsi ilə bağlıdır. Çoxları övladının bu zaman çətin suallarla imtahana ediləcəyi, azyaşlının tək olduğu üçün onları cavablaya bilməyəcəyindən narahatdırlar.

Fins.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva “Həftənin sualı” verilişində valideynlərin bu narahatlığına aydınlıq gətirib. O bildirib ki, burada heç bir imtahan, bilik yönümlü sualdan söhbət gedə bilməz. Şagirdin yalnız istədiyi tədris dilində ünsiyyət qurma bacarıqları yoxlanılacaq:

“Əvvəlki illərin lisey və gimnaziyalara qəbulunda şagird müxtəlif suallar vasitəsilə balla qiymtləndirilib. Bəlkədə valideynlərdə çaşqınlıq yaradan budur. Amma bu, tam fərqli prosesdir. Burada söhbət yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsindən gedir. Hər hansı test və imtahan yoxdur. Sadəcə şagirdin özünüifadə imkanlarını yoxlamaq üçün onunla sadəünsiyyət qurulacaq

Üstəlik, uşaq azyaşlı olduğu üçün müsahibədə valideynlə birgə iştirak edəcək. Belə valideynlərin müsahibədə iştirakı təmin olunacaq”.

Qeyd edək ki,valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün  şəxsi kabinet yaradıb, övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçməli və yaşayış ünvanına uyğun olaraq Müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydədüşməlidir. Müsahibə komissiyasının yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndəriləcək. O cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027