TƏHSİL

Xüsusi məktəbdə Novruz bayramı qeyd olunub
15 MART
109

Xüsusi məktəbdə Novruz bayramı qeyd olunub

2019-03-15 16:46:00

Bakıdakı 268 nömrəli xüsusi məktəbdə Novruz bayramı münasibətilə tədbir keçirilib. Fins.az Bakı Şəhər Təhsil İdarəsinə istinadən xəbər verir ki, Novruz bayramı ənənələrini nümayiş etdirən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva, idarənin əməkdaşları, məktəbin rəhbərliyi, pedaqoji kollektivi, şagirdlər, valideynlər və qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Seyfəddin Mustafayev bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruz münasibətilə iştirakçıları təbrik edib, Azərbaycan xalqının mənəvi dəyərlər sistemində bu bayramın özünəməxsus yeri olduğunu bildirib. S.Mustafayev şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini qonaqların diqqətinə çatdırıb. Tədbirdə şagirdlər Novruza, baharın gəlişinə həsr olunmuş folklor nümunəllərindən parçalar söyləyib, mahnılar səsləndirib və maraqlı səhnəciklər nümayiş etdiriblər. Bayram tədbiri birliyi və həmrəyliyi təcəssüm etdirən “Yallı” rəqsi ilə yekunlaşıb.

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264