TƏHSİL

Birinci sinfə qəbul tarixi AÇIQLANDI
07 MART
190

Birinci sinfə qəbul tarixi AÇIQLANDI

2019-03-07 11:57:00

Bu il birinci sinfə elektron qəbulun əhatə dairəsi rayonlar üzrə genişlənir.

Fins.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

O bildirib ki,  Mingəçevir, Yevlax, Şirvan, Naftalan və Samuxda şagirdlərin məktəblərə qəbulu elektron qaydada aparılacaq.

BŞTİ rəsmisinin sözlərinə görə, martın 13-də səhər saat 10-da sənəd qəbulu başlayır.

"Məktəbəhazırlıq qruplarında oxumayan uşaqlar üçün sənəd qəbulu mart ayının 13-də start götürəcək. MHQ-nı bitirən uşaqlar üçün isə martın 13-də sistem açıq olacaq"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264