TƏHSİL

Yeni işə qəbul olunan müəllimlər – Xanımlar kişiləri nə qədər üstələyir?
06 MART
108

Yeni işə qəbul olunan müəllimlər – Xanımlar kişiləri nə qədər üstələyir?

2019-03-06 12:08:00

2004-cü ildən indiyədək Ağsu rayonunda 27 məktəb tikilib, 19 məktəb isə əsaslı təmir olunub.

Fins.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Sənədə görə,2018-ci  ildə Ağsu rayonunun Bico kənd tam orta məktəbi üçün 220 şagirdlik məktəb binası tikilib.

Göydəlləkdəki kənd ümumi orta məktəbi üçün 90, Hacıman kənd ibtidai məktəbi üçün isə 40 şagirdlik modul tipli binalar quraşdırılaraq istifadəyə verilib.

96 şagirdlik Abasxanlı kənd tam orta və  Sarvan kənd ümumi orta, həmçinin, 40 şagirdlik Sanqalan kənd ümumi orta məktəbləri üçün modul tipli binaların quraşdırılmasına başlanıb.

Bununla yanaşı, Qiyaslı kənd ümumi orta, Ərəbuşağı kənd tam orta, 2 və 5 saylı şəhər tam orta məktəb binalarının dam örtüyü dəyişdirilib. Çaparlı kənd tam orta məktəb binası əsaslı təmir edilib, 4 saylı şəhər tam orta məktəb binasında təmir işlərinə başlanılıb.

2018-ci ildə 175 müəllim yeri vakant olaraq müsabiqəyə çıxarılıb və 35-i kişi olmaqla 113 müəllim yeni dərs ilində ixtisası üzrə əmək fəaliyyətinə başlayıb.

2004-cü ildən indiyədək Ağsu rayonunda 27 məktəb tikilib, 19 məktəb isə əsaslı təmir olunub.

2018-ci ildə Təhsil Nazirliyinin təklifləri əsasında dövlət əsaslı vəsait qoyuluşu hesabına Ağsu rayonunda daha 3 modul tipli məktəbin quraşdırılması həyata keçirilir.

2019-cu ilin dövlət büdcəsinin investisiya xərcləri layihəsində Ağsu şəhər 4 nömrəli  tam orta məktəbin əsaslı təmiri və 200 şagirdlik əlavə korpusun tikintisi üçün təklif hazırlanıb. Digər ümumitəhsil müəssisələrinin təmir-tikinti məsələsinə növbəti illərin Dövlət İnvestisiya Proqramları çərçivəsində baxılacaq.

© AzEdu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264