TƏHSİL

Rus bölməsində oxuyanların nəzərinə!
05 MART
202

Rus bölməsində oxuyanların nəzərinə!

2019-03-05 15:58:00

Məlum olduğu kimi tədris Azərbaycan dili istisna olmaqla digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənnindən də imtahan verməlidirlər. Fins.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sözügedən  imtahanın nəticələri 2 il qüvvədə qalacaq. Ötən il bu imtahanda iştirak edən və “məqbul”qiymət alan əvvəlki ilin məzunları bu il Azərbaycan dili üzrə imtahan verməkdən azaddırlar. Bir sözlə, rus bölməsində təhsil alan şagirdlərin Azərbaycan dili fənnindən verdikləri imtahanın nəticəsi 2 il qüvvədə qalacaq.

Xatırladaq ki, 4 martdan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9052
  • ₽ RUB
    0.0264