TƏHSİL

Afrikalılar Azərbaycan dilini öyrənir
04 MART
102

Afrikalılar Azərbaycan dilini öyrənir

2019-03-04 11:51:00

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin ədəbiyyat fakültəsinin “Şərqdilləri” bölməsində Azərbaycan dilinin tədrisinə başlayıb. Fins.az xəbər verir ki, Azərbaycan dilini tələbələrə Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti və Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədədə məlumat verilir.

Universitetin 4-cü kursunda tədris edilən Azərbaycan dili dərslərində yüzə yaxın tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdən kənar əlavə kursların təşkili ilə bağlı S.Nəsirova müraciət ediblər. S. Nəsirov bunun üçün bütün imkanların olduğunu bildirərək yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələrə əlavə kursların təşkil olunacağını qeyd edib.  2017 və 2018- ci  illər ərzində Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrdən bir  qrupu hal hazırda diaspora mərkəzində təhsilini davam etdirirlər. Artıq o tələbələr arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr  tərcümə etmək səviyyəsində olan tələbələr vardır.

Hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində azərbaycanlılarla yanaşı, dünyanın 18 ölkəsindən 180-dan çox tələbə müxtəlif ixtisaslar üzrə ödənişsiz təhsil alır.

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264