TƏHSİL

Mart ayında keçiriləcək imtahanların təqvimi - RƏSMİ
04 MART
144

Mart ayında keçiriləcək imtahanların təqvimi - RƏSMİ

2019-03-04 09:11:00

Məlum olduğu kimi Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ildə təşkil olunacaq imtahanların dəqiq tarixləri açıqlanıb.

Fins.az-ən məlumatına görə AzEdu.az abituriyentlərin istəyini nəzərə alaraq mart ayında keçirilməsi nəzərdə tutulan imtahanların və tədbirlərin tarixlərini təqdim edir:

Rezidenturaya qəbul

Elektron sınaq imtahanı (baza fənləri üzrə üzrə) 16mart;

Elektron sınaq imtahanına qeydiyyat (baza fənləri üzrə üzrə) 11-16 mart.

Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu

Qəbul imtahanı I mərhələ (əvvəlki illərin məzunları) 31 mart;

Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı 31 mart;

Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı 31 mart.

Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu

Ərizə qəbulu 15 mart-15 aprel.

Buraxılış imtahanları

Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət(Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran) 10 mart;

Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət(Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı) 17 mart;

Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ (eksternat qaydasındaimtahan verənlər üçün) 31 mart.

Dövlət qulluğuna qəbul

Elektron sınaq imtahanları 10 mart;

Elektron və ya kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanlar 17 mart.

Qeyd edək ki, ümumi qrafik DİM-in saytının “Təqvim” bölməsinə əlavə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264