TƏHSİL

İxtisaslara edilən dəyişiklər onlara şamil olunur? – Rəsmi cavab
14 FEVRAL
122

İxtisaslara edilən dəyişiklər onlara şamil olunur? – Rəsmi cavab

2019-02-14 14:20:00

“Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı”nda edilən dəyişiklər bu il imtahan verəcək abituriyentlərə şamil olunmayacaq. Dəyişiklər 2020-2021-ci tədris ilindən tətbiq olunmağa başlanacaq”.

Fins.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyin şöbəsinin müdiri Yaqub Piriyev Təhsil Tv-də yayımlanan “Həftənin sualı”verilişində deyib. Onun sözlərinə görə, ixtisasların təsnifatı hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb:

“Yeni təsnifat hazırlananda əmək bazarının tələblərini də nəzərə almışıq. Texnika və texnologiya 11 aydan bir yenilənir. Amma bu qrupda elə ixtisaslar var idi ki, onlar əmək bazarının tələblərinə uyğun deyildi. 175 mövcud ixtisasın sayı 148-ə endirilib. 70-ə yaxın ixtisas birləşdirilib və ya təsnifatdan çıxarılıb. 46 yeni ixtisas yaradılıb. Adlarında dəyişiklik edilməyən ixtisasların isə tədris proqramında köklü dəyişiklərin edilməsi nəzərdə tutulub”.

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9187
  • ₽ RUB
    0.0255