TƏHSİL

Ali məktəblərdə bu istiqamətdə ciddi işlər aparılır - Nazir müavini
11 FEVRAL
340

Ali məktəblərdə bu istiqamətdə ciddi işlər aparılır - Nazir müavini

2019-02-11 21:01:00

"Hazırda elmi biliklərin həcminin artırılması, yeni elm sahələrinin yaradılması, yeni istiqamətlərin formalaşması elmi məzmunda və onun fəaliyyətində də bir sıra dəyişikliklərin edilməsini zərurətə çevirir". Fins.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib.

O qeyd edib ki, təhsil, elm və innovasiyanın birgə vəhdəti, eləcə də fəaliyyəti vacib məsələlərdəndir: "Təsadüfi deyil ki, elm tədqiqat, eləcə də ali təhsil müəssisələrinin təhsil, tədqiqat və innovasiya formatında fəaliyyətin gücləndirilməsinə əsas istiqamət kimi müəyyən edilib. Son illərdə ali məktəblərdə bu istiqamətdə ciddi işlər aparılıb. Sevindirici haldır ki, şagirdlər və tələbələrin yaratdıqları start-up layihələri ilə nəinki ölkədə, həmçinin xaricdə də yüksək qarşılanır və qiymətləndirilir". 

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262