TƏHSİL

İspaniyada təhsillə bağlı ən çox verilən sual və cavablar
07 FEVRAL
203

İspaniyada təhsillə bağlı ən çox verilən sual və cavablar

2019-02-07 12:16:00

Güclü təhsil sisteminə malik ölkələrdən biri də İspaniya Krallığıdır.

 Son illərdə burada təhsil almaq istəyən gənclərin sayı isə durmadan artır.

Fins.az AzEdu.az-a istinadən tələbatı nəzərə alaraq İspaniya təhsillə bağlı ən çox verilən sualları və onların cavablarını təqdim edir:

-Hazırda Azərbaycan Tibb Universitetində təhsil alıram. İspaniyada təhsilimi davam etdirmək istəyirəm.  Bilmək istərdim ki, bunun üçün nə etmək lazımdır?

-İspaniyada təhsil almaq üçün ilk növbədə İspan dilini öyrənməlisiz.

-İspaniyada psixologiya ixtisası üzrə magistr təhsili almaq istəyirəm. Orada təhsil  almaq üçün nə qədər IELTS  balı tələb olunur?

 -İspaniyada İngilis dilində  Psixologiya  ixtisası üzrə magistr proqramı yoxdur. İngilis dilində psixologiya ixtisası üzrə magistr təhsilini Böyük Britaniyada oxuya bilərsiniz. İspaniya universitetlərində təhsil almaq üçün  İELTS 6.5 tələb olunur.  

-Hazırda Bakı Dövlət Universitetində filologiya fakültəsi üzrə təhsil alıram. İspaniya dövlət universitetlərində qiyabi oxuya bilərəm?

-İspaniyada dövlət universitetlərində qiyabi təhsil almaq olmur.

-Bakı Dövlət Universitetində regionşünaslıq fakültəsində oxuyuram. İspaniyada magistr səviyyəsində oxumaq üçün mütləq ispan dilini bilməliyəm?

-İspaniyada  ingilis dilində də təhsil almaq üçün proqramlar var.

-İspaniya universitetində təhsil haqqı və tələbələrin aylıq yaşayış xərcləri nə qədərdir?

İspaniyanın özəl universitetlərində  təhsil haqqı 12-20 min avro arasında dəyişir. Orada tələbələrin yaşayış xərci isə 700-1200 avro arasındadır.

Qeyd edək ki, sualları “CELT” xaricdə təhsil mərkəzinin məsləhətçiləri cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267