TƏHSİL

Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyi
07 FEVRAL
137

Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyi

2019-02-07 09:42:00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. Fins.az xəbər verir ki, institutdan bildiriblər ki, iclasda çıxış edən elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın prezidentinin akademiyanın strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” nın icrası haqqında sərəncamlarının əhəmiyyətindən danışıb. Sonra I və II kurs magistrlərin 2018-2019-cu tədris ilinin payız semestri və qış imtahan sessiyasının nəticələrinə görə attestasiyaları üçün komissiyanın, magistraturada tədris olunan dərslərin fənn proqramlarının və dərs cədvəlinin təsdiqi məsələlərinə baxılıb.

Eyni zamanda, I və II kurs magistrlərin 2018-2019-cu tədris ilinin payız semestri və qış imtahan sessiyasının nəticələrini qiymətləndirmək üçün attestasiya komissiyası təsdiq edilib, bir sıra cari məsələlər müzakirə olunub.

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266