TƏHSİL

Məktəblilərə fövqəladə hallarda davranış qaydaları öyrədilir
06 FEVRAL
150

Məktəblilərə fövqəladə hallarda davranış qaydaları öyrədilir

2019-02-06 11:42:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi fevralın 5-də Tərtər rayonunun Qarağacı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Nazirlikdən Fins.az-a verilən məlumata görə, tədbir məktəblilərə fövqəladə halların yaranma səbəbləri və belə hallarda zəruri davranış qaydaları barədə bilikləri aşılamaq məqsədilə keçirilib. Görüşdə FHN-in Qarabağ Regional Mərkəzinin, Tərtər rayonunun Dövlət Yanğından Mühafizə Hissəsinin, təhsil şöbəsinin əməkdaşları və məktəbin kollektivi iştirak edib. Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edilib, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, eyni zamanda, “112 - qaynar xətti” haqqında məlumat verilib, mövzularla bağlı fotoslaydlar nümayiş olunub. Sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb. Sonda videoçarx nümayiş olunub, maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266