TƏHSİL

Bu imtahanında iştirak üçün 746 nəfər qeydiyyatdan keçib
06 FEVRAL
124

Bu imtahanında iştirak üçün 746 nəfər qeydiyyatdan keçib

2019-02-06 09:18:00

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid vəzifələr üzrə fevralın 17-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat davam edir. Fins.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, fevralın 5-nə olan məlumata görə, 746 nəfər qeydiyyatdan keçib. İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259