TƏHSİL

Direktorların imtahanında uğur qazananlar üçün şad xəbər
05 FEVRAL
232

Direktorların imtahanında uğur qazananlar üçün şad xəbər

2019-02-05 13:49:00

“Direktorların işə qəbul müsabiqəsinin test mərhələsində 1500 nəfərə yaxın namizəd iştirak edib. Müvafiq keçid balını toplayan 730 nəfər müsahibə mərhələsinə dəvət olunub. 5 dekabr - 26 yanvar tarixlərini əhatə edən müsahibələrdə 228 nəfər müsbət qiymətləndirilrib”. Fins.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov mediaya açıqlamasında bildirib. O, qeyd edib ki, hazırda müsabiqənin yekun yerləşdirmə mərhələsi həyata keçirilir. Müsahibə mərhələsində uğur qazanan namizədlər sabahdan nazirliyə dəvət olunacaq və onlara müvafiq vakant yerlər təklif ediləcək:

“Müsabiqənin uzun müddət çəkdiyini və bu müddət ərzində digər vakant yerlərin də yarandığını nəzərə alaraq, elektron ərizə doldurularkən təqdim olunan yerlərdən əlavə də yeni vakant yerlər təklif oluna bilər. Ola bilər ki, namizədədaha kiçik, sinif komplekti az olan kənd məktəbləri təklif olunsun. Bu,onun müsahibədə göstərdiyi bacarıqdan asılı olacaq.

Boş qalan vakant yerlərə gəlincə isə Eşqi Bağırov bildirib ki, direktor vəzifəsi heç vaxt vakant olmur: “Boş qalan yer həmin qaydalara əsasən məktəbin direktor müavinləri və ya səriştəli, nüfuzlu müəllimlərindən birinə həvalə edilir. Bu şəxslər növbəti müsabiqədə iştirak edərək uğur qazandıqları təqdirdə onların da təyinat məsələsinə baxılır”.

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266