TƏHSİL

Rumıniyada oxumaq istəyənlər üçün əla şans
04 FEVRAL
295

Rumıniyada oxumaq istəyənlər üçün əla şans

2019-02-04 10:39:00

Rumıniyada  bakalavr, magistratura və doktorantura üzrə təhsil almaq istəyənlərə təqaüd proqramı elan olunub. Fins.az xəbər verir ki, Rumıniya Xarici İşlər və Təhsil Nazirliyi tərəfindən təşkil edilən təqaüd proqramları beynəlxalq tələbələr üçün nəzərdə tutulub. Təqaüdlər 3 dərəcə üzrə olmaqla (bakalavr, magistratura və doktorantura) verilir. Namizədlər   memarlıq, vizual incəsənət, siyasi, inzibati elmlər, təhsil, sosial sahə, neft, qaz, kənd təsərrüfatı, Roman mədəniyyəti və sivilizasiyası  ixtisasları üzrə müraciət edə bilərlər:

Proqramda təhsil haqqı, yerləşmə və yaşayış xərcləri qarşılanır.

Tədris rumın dilindədir. Rumıniya dilini bilməyənlər üçün hazırlıq kursları təklif edilir.

Təqaüd proqramına son müraciət tarixi  15 mart 2019-cu ilə qədərdir.

Qeyd edək ki, daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün aşağıda göstərilən linkə daxil ola bilərsiniz:    

http://www.mae.ro/en/node/10251

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır