TƏHSİL

Bu imtahanın keçiriləcəyi vaxt bəlli oldu
14 YANVAR
220

Bu imtahanın keçiriləcəyi vaxt bəlli oldu

2019-01-14 10:10:00

Yanvarın 12-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçirilib. İmtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub. DİM-dən Fins.az-a bildirilib ki, imtahanda 1 əcnəbi vətəndaş olmaqla 14 nəfər iştirak edib. İmtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Növbəti TOEFL imtahanının 2019-cu il yanvarın 26-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında qeyd olunan linkdən ətraflı məlumat əldə etmək mümkündür: http://www.dim.gov.az/activities/exams/toefl/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265