TƏHSİL

Bakıda daha bir beynəlxalq elmi konfrans keçiriləcək
10 YANVAR
74

Bakıda daha bir beynəlxalq elmi konfrans keçiriləcək

2019-01-10 17:47:00

14-15 fevral 2019-cu il tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sosial İqtisadi İnkişaf (Economic Social Development - ESD) təşkilatı ilə birgə “Davamlı İnkişafın Sosial-iqtisadi Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək. Fins.az xəbər verir ki, Bakının Park Inn otelində keçiriləcək konfrans ESD təşkilatı tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub. Qeyd edək ki, ESD beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır. UNEC-in təşkilatçılığı ilə Azərbaycanda keçiriləcək konfransda dünyanın 20-dən çox ölkəsinin tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək. Konfransda iştirak məqsədilə 240-dan çox məqalə təqdim olunub. Konfransa qəbul olunan məqalələr “Web of Science”-də və “EconLit”də dərc olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254