TƏHSİL

Magistratura imtahanı verənlərə xoş xəbər
09 YANVAR
373

Magistratura imtahanı verənlərə xoş xəbər

2019-01-09 15:49:00

“Əgər  dinləmə  mətnlərindəki  müəyyən  tapşırıqlar təkmilləşdirilsə, yenilik  böyük inkişafa səbəb olacaq. Dinləmə testlərimiz beynəlxalq imtahanlardakı testlərdən qat-qat asandır”. Fins.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı ingilis dili müəllimi Elvin Bakirov deyib. O magistratura imtahanlarına dinləmə mətninin əlavə olunmasını çox cəsarətli addım kimi qiymətləndirib: “Ümumiyyətlə, hər sahədə yenilik etmək  çox  vacibdir. Bu bakalavrların özlərini təkmilləşdirməsinə və dili ünsiyyət vasitəsi kimi öyrənmələrinə səbəb olacaq. Bəhanələr və etirazların olması normal haldır. Dinləyə bilmək üçün bir  ay az müddətdir, ancaq bakalavr bazası olan tələbələrin uğur qazanmaq üçün kifayət qədər vaxtları var”.

Elvin Bakirov hesab edir ki, təqdim olunan nümunə dinləmə mətnləri  çox  sadə və kifayət qədər asandır: “Əgər dinləmə mətnlərindəki müəyyən tapşırıqlar təkmilləşdirilsə, yenilik böyük inkişafa səbəb olacaq. Dinləmə testlərimiz beynəlxalq imtahanlardakı testlərdən qat-qat asandır. Bunun da səbəbi bu tipdə imtahanlara yeni başlamağımızdır. Bakalavrlara “Tacttics for listening” kitabından və http://learnenglishteens.britishcouncil.org/skills/listening  kimi mənbələrdən istifadə etmələrini tövsiyə edirəm.

Xatırladaq ki, ali təhsil müəssisələri və AMEA-nın magistratura pilləsinə qəbul imtahanının I mərhələsi 24 fevralda keçiriləcək. 

Nümunə dinləmə mətnləri ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: http://dim.gov.az/news/2691/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266