TƏHSİL

İlin ən gənc startap layihəsi o oldu
09 YANVAR
211

İlin ən gənc startap layihəsi o oldu

2019-01-09 11:20:00

Bakı Ali Neft Məktəbinin tələbələri İqtisadiyyat Nazirliyi tərəfindən keçirilmiş Azərbaycanda sənayenin və sahibkarlığın inkişafına həsr edilən tədbirdə iştirak ediblər. Fins.az xəbər verir ki, tədbirdə Ali Məktəbin tələbələrinin müəllifi olduqları məşhur  “ThermoNorth” layihəsi “İlin ən gənc startup layihəsi” elan edilib. Layihəni hazırlayan eyniadlı komandanın kapitanı, BANM-ın V kurs tələbəsi Elmar Əsgərzadə İqtisadiyyat Naziri Şahin Mustafayev tərəfindən xüsusi plaketlə  təltif olunub .

Qeyd edək ki, BANM-ın tələbələrinin müəllifləri olduqları “ThermoNorth” layihəsinin əsas məqsədi soyuq ölkələrdə maşın mühərrikini sərt hava şəraitinin təsirlərindən qorumaq üçün enerji saxlayan maddə istehsal etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264