TƏHSİL

Ümumi müsahibəyə qeydiyyat davam edir - DİM
09 YANVAR
182

Ümumi müsahibəyə qeydiyyat davam edir - DİM

2019-01-09 09:14:00

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə elan olunmuş ümumi müsahibədə iştirak üçün namizədlərin qeydiyyatı davam edir. Ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada aparılır. DİM-dən Fins.az-a verilən məlumata görə, yanvarın 8-nə olan məlumata görə, 11 nəfər qeydiyyatdan keçib. Elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə olmaqla 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 30-u isə B növünə (inzibati icraçı) aiddir. Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə fevralın 4-dək saat 18.00-a qədər DİM-in internet portalında qeydiyyatdan keçməlidirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264