TƏHSİL

Alimlər şagirdlərə açıq dərs keçdi
08 YANVAR
210

Alimlər şagirdlərə açıq dərs keçdi

2019-01-08 16:01:00

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə AMEA Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs təşkil olunub. Fins.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin yaydığı məlumata görə, açıq dərs muxtar respublikanın 226 ümumtəhsil müəssisəsində izlənilib və dərsdə termodinamikanın qanunlarından bəhs olunub. Dərsdə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova “Termodinamikanın qanunları” mövzusundan danışıb. Bildirib ki, termodinamika müxtəlif növ enerjilərin qarşılıqlı çevrilmələri və bu çevrilmələrin qanunlarını öyrənən elmdir. Termodinamikanın qanunları fizika fənnində öyrənilir. Eyni zamanda kimyəvi reaksiyalarda da termodinamik parametrləri bilmək mütləqdir.

Sonda şagirdlərə termodinamikanın 4 qanunu haqqında şagirdlərə ətraflı məlumat verilib.

Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267