TƏHSİL

Yeni universitet açılır – Fərqli formatda
04 YANVAR
262

Yeni universitet açılır – Fərqli formatda

2019-01-04 12:35:00

Beynəlxalq Türk – Sudan Universiteti yaradılır. Fins.az-ın məlumatına görə, AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yaxın vaxtda Türkiyədə yeni universitetin əsası qoyulacaq. Bu barədə Türkiyə təhsil naziri Ziya Səlcuq məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Türk-Sudan Universitetinin yaradılması nəzərdə tutulan müqavilə artıq hazırdır. Z.Səlcuq yeni universitetin açılması üçün Sudanın təhsil naziri ilə görüşüb. Nazirinin sözlərinə görə iki ölkə arasında əlaqələrin güclənməsi peşə təhsili, dini təhsil, əcnəbi dillərin tədrisi istiqamətində önəmli addımların atılmasına səbəb olacaq.

O bildirib ki, Beynəlxalq Türk - Sudan Universitetinin yaradılması Sudan prezidenti Ömər Bəşirin  Türkiyə səfəri zamanı reallaşacaq. Universitetdə bakalavrla  yanaşı magistratura və doktorantura pillələri üzrə təhsil də mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256