TƏHSİL

Azərbaycanlı alim medala layiq görüldü
04 YANVAR
113

Azərbaycanlı alim medala layiq görüldü

2019-01-04 09:17:00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ekotoksikologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Qriqori Palatnikov ətraf mühitin problemlərinin və təhlükəsizlik məsələlərinin həlli yollarının və vasitələrinin inkişafına verdiyi töhfələrə görə M.V.Lomonosov adına medala layiq görülüb.   Fins.az xəbər verir ki, institutdan bildirilib ki, bu barədə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyası Rəyasət Heyətinin BMT-nin İctimai İnformasiya Departamenti ilə birgə keçirdiyi iclasda qərar qəbul olunub.

Qeyd edək ki, Qriqori Palatnikov 40 ildən çoxdur Fiziologiya İnstitutunda çalışır. Alimin elmi fəaliyyətinin əsas istiqamətini ətraf mühitin müxtəlif çirklənmələrinin, o cümlədən neftlə çirklənmənin balıqların mərkəzi sinir sisteminə və davranışına təsirinin tədqiqi təşkil edir. O, 2018-ci ildən Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının üzvüdür.

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256