TƏHSİL

Əcnəbilər sınaq imtahanlarında iştirak edə biləcək?
26 DEKABR 2018
112

Əcnəbilər sınaq imtahanlarında iştirak edə biləcək?

2018-12-26 13:58:00

Fevralın 10-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanının keçirilməsi nəzərdə tutulur.

Bəs xarici ölkə vətəndaşları sınaq imtahanlarında iştirak edə bilərmi?

Fins.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə,xarici ölkə vətəndaşları da sınaq imtahanlarında iştirak edə bilərlər. Sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyat şəxsiyyət vəsiqəsindən istifadə etməklə internet vasitəsilə aparılır. Xarici ölkə vətəndaşları Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilən MYİ və ya DYİ seriyalı icazə vəsiqəsindən istifadə etməklə sınaq imtahanına yazıla bilərlər. 

Qeyd edək ki, imtahanlar I, II,III və IV ixtisas qrupları üzrə təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256