TƏHSİL

Kəsiri olan tələbə magistraturaya qəbul oluna bilər? - RƏSMİ
26 DEKABR 2018
236

Kəsiri olan tələbə magistraturaya qəbul oluna bilər? - RƏSMİ

2018-12-26 12:21:00

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcək.

İmtahanda bakalavriat səviyyəsi üzrə sonuncu kursda təhsil alanlar və əvvəlki illərin məzunları iştirak hüququna malikdirlər.

Bəs sonuncu kursda təhsil alan kəsirli tələbələr magistraturaya qəbul imtahanlarında iştirak edə və təhsilini bu pillədə davam etdirə bilərmi?

Fins.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin sonuncu kursunda təhsil alanlar bütün hallarda sənədlərini təqdim edib imtahanın birinci mərhələsində iştirak edə bilərlər.  Hər iki mərhələnin müsabiqə şərtini ödəyərək müsabiqədən keçən bakalavlar qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçənə qədər akademik borclarını ləğv etməlidirlər. Əks halda, həmin bakalavrlar qeydiyyatdan keçə bilməyəcəklər. Bu isə onların yerləşdirildikləri ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və boş qalmış həmin yerlər üçün yenidən müsabiqə elan edilir.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264