TƏHSİL

Peşə məktəblərində maaşların hesablanma qaydaları açıqlandı - QƏRAR
26 DEKABR 2018
75

Peşə məktəblərində maaşların hesablanma qaydaları açıqlandı - QƏRAR

2018-12-26 10:32:00

Azərbaycan Nazirlər Kabineti “Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri”ni təsdiq edib. Fins.az xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb. Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri dövlət peşə təhsili müəssisələrinin büdcədən maliyyələşdirilməsi xərclərinin proqnozlaşdırılması məqsədi ilə hazırlanıb. Peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri Azərbaycanın ərazisində fəaliyyət göstərən dövlət peşə təhsili müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə tətbiq edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256