TƏHSİL

Alimlərimiz son 5 ildə nə qədər ixtiraya imza atıblar?- RƏSMİ
25 DEKABR 2018
131

Alimlərimiz son 5 ildə nə qədər ixtiraya imza atıblar?- RƏSMİ

2018-12-25 14:10:00

Son 5 ildə  Təhsil Nazirliyi sistemində  olan  universitetlərin professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə  dair 216 sifariş   verilib. Fins.az xəbər verir ki, ixtiralara  alınan patentlərin sayı isə 164 olub,  onlardan 98-i Azərbaycanda, 66-sı isə ölkə hüdudlarından kənarda alınıb. Təhsil Nazirliyi, AMEA və  ölkəmizin 9,  Avropa Birliyinin isə 5 ali təhsil müəssisəsi tərəfindən “Azərbaycanda doktorantura  təhsilinin təkmilləşdirilməsi və vahid Avropa  təhsil məkanının  tələblərinə uyğun  strukturlaşdırılması” NİZAMİ layihəsi həyata  keçirilir.

2018-ci ildə Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti  arasında  2019-2021- ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb.Bu müqavilə  “Web of Science” platformasının  rusdilli elmi nəşrlər bazasına  və ölkə  üzrə elm fəaliyyətin  əhatəli  təhlilində  imkan verən “İnCites” platformasına çıxışın təmin olunmasını nəzərdə tutur.

© AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256