TƏHSİL

Müəllimlər bunu mütləq oxuyun!
25 DEKABR 2018
138

Müəllimlər bunu mütləq oxuyun!

2018-12-25 11:09:00

Dərs zamanı aşağı motivasiyalı şagirdləri daha həvəsli iştirakçıya necə  çevirmək olar?

Təhsil mütəxəssisi   Daniel Villinqam uşaqların bir-birinə xarakter baxımdan fərqli deyil, daha çox oxşar olduqlarını bildirir.

O, həmçinin, uşaqların dərsə  maraqlarını artırmaq üçün bir sıra yollar da təklif edir:

Şagirdlərə bilik-bacarıqlarını göstərmək   imkanı  yaradın

Dərsə maraqsız yanaşan şagirdlərə yeni imkanların, seçimlərin yaradılmasında yardımçı olmaq lazımdır. Məsələn, onlara başqa şagirdlərdən fərqli olaraq,  test işlətmək əvəzinə, öyrəndiklərini göstərmək üçün şəkilli jurnallar hazırlatmaq olar. Hətta onlara  sinif yoldaşları üçün testlər  tərtib etdirə bilərsiniz.

“Üç qayda”dan istifadə...

Aşağı motivasiyalı şagirdlərə öyrənmək üçün fürsətlər yaradarkən, vacib 3 qaydanı yadda saxlamaq lazımdır: hazırlıq, alışma, tətbiq. Vaxt məhdudiyyətinə görə əsasən, bu 3 qaydadan yalnız birinə, hazırlığa əməl etmək olur. Amma kifayət qədər alışma və tətbiq olmadıqda, şagirdlər öyrənməkdə passiv qalırlar. Lazımi alışdırmalar digər bilikləri əlaqələndirməyə kömək edir. Tətbiqetmə zamanında da şagirdlərə  nəzarət etməliyik. Onlara öyrəndikləri bilikləri, başqa problemləri həll etmək üçün də istifadə edəcəkləri bir xəzinə olduğunu bildirməliyik.

Nəyisə əlçatan, mümkün edin!

Bu cür şagirdlərin çalışaraq əldə edəcəkləri hədəf  müəyyən edilməlidir. Məsələn, Riyaziyyat dərsində müəllim belə deyə bilər: “Bugünkü dərsimiz, müxtəsər vurma düsturlarıdır. Əgər düzgün hesablama etsəniz, sizi məqsədə çatmış hesab edəcəyəm. İndi yoxlayaq görək,  kimlər məqsədə nail ola bilib?

Başa bir nümunə verək. İspan dili dərsinin ən çətin mövzulardan biri, isimlərin cinsiyyətidir. İngilis dilindən fərqli olaraq, ispancada hər ismin cinsiyyəti var. Uşaqlara məqsəd olaraq hansı sözün kişi, hansının qadın cinsində olduğunu seçməyi verə bilərik.

Özünü ifadə etməyə şərait yaradın

Şagirdlər niyə şəkil çəkməyə, hər hansı bir alətdə ifa etməyə, mahnı oxumağa daha həvəslidirlər? Çünki onlar bu sahədə öz qabiliyyətlərini nümayiş etdirirlər. Bəs, dil, riyaziyyat kimi fənlərdə niyə bunu edə bilməsinlər?

Onlar özlərini sübut etmək üçün fürsət axtarırlar. Hərdən sinfə valideynləri dəvət edə bilərik. Beləcə, şagirdlər öz qabiliyyətlərini yaşıdlarına, müəllimlərinə və ailələrinə nümayiş etdirmə imkanı əldə edərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256